Gündə 4 dəfə QUCAQLAŞIN! - Nəticəsi İNANILMAZDIR

Gündə 4 dəfə QUCAQLAŞIN! - Nəticəsi İNANILMAZDIR
17:03 20 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Qucaqlaşmaq kimi üçün terapiya, kimi üçün də özünü pis hiss etdiyi anda müsbət enerji mənbəyidir. Alimlər iddia edir ki, qucaqlaşmağın onlarla növü var və hər birinin nəticələri də fərqlidir.

Publika.az qucaqlaşmağın insan psixologiyası və evliliklərdəki təsirlərini təqdim edir.

Psixoloq Con M.Gottman uzun illər davam edən evliliklərin sirrini araşdırarkən bunun cütlüklərin tez-tez bir-birini qucaqlamaqları ilə əlaqədar olduğu qənaətinə gəlib.

“Normal cinsi həyatı olan və bir-birilərini yaxın hiss edən cütlüklər tez-tez qucaqlaşır”- deyə, alim araşdırmasında qeyd edib.

Elmi araşdırmalara görə, qucaqlaşarkən kiçik toxunuşlar dəridəki “afferent c” adlı sinirlərin oyanmasına səbəb olur. Bu sinirlər ancaq dərinin tüklü hissəslərində olur. Bu sinirlərə toxunan kimi birbaşa beynə siqnallar ötürülür və endorfin istehsalı artır. Endorfinlər ən güclü ağrıkəsici olan morfidən 30 dəfə daha təsirlidir.

Buradan da belə qənaətə gələ bilərik ki, qucaqlaşmaq psixoloji və fiziki ağrıları azaltmaq üçün çox təsirlidir.

Məsələn, ağlayan birinə yaxınlaşıb onu qucaqlamağınız ikiniz arasında xüsusi bir psixiloji əlaqənin qurulmasına səbəb ola bilər. Qucaqladığınız adam sizə çox ehtiyacının olduğunu hiss edər.

Nəticə etibarilə alimlər bu qənaətə gəlib ki, həyat yoldaşınızı özünüzə bağlamaq istəyirsinizsə, onun dəstəyə ehtiyacı olduğu vaxtda 20 saniyədən çox qucaqlamaq sizin aranızdakı bağlılığı çox yüksək səviyyədə artıracaq.

Hətta Yaponiyada qucaqlaşmaq dəstəyi bir peşəyə çevrilib. Bu məqsədlə bəzi şirkətlər qurulub və insanlara bəlli bir ödəniş qarşılığında qucaqlaşmaq xidməti göstərilir.

Ester Perel “Mating in Captivity” adlı kitabından qucaqlaşmağın nevrofiziologiyasından bəhs edərkən bildirir ki, bu zaman insan bədənində sevgi hormonu olan oksitosin istehsal edilir. Lakin alim iddia edir ki, çox qucaqlaşanda cütlüklər bir-birilərinə daha da yaxınlaşırlar və zamanla bu istək azalır. Ona görə də insanlar qucaqlaşmağın müddətini müəyyən etməldirlər. Çox qucaqlaşmaq münasibətlərə çox pis təsir göstərə bilər.

Həyat yoldaşınızla bir dəfədə 40 saniyədən, bir gündə 4 dəfədən çox qucaqlaşmayın. Bu cinsi həyatınıza zərər vura bilər. Şimali Karolina Universitetində aparılan araşdırmaya görə, güclü stress yaşadığı anlarda 20 saniyə qucaqlaşmaq qadınlarda hormone səviyyəsini müəyyən edir. Qucaqlaşmağın təsiri ən azı 20 saniyə olmalıdır. Ailə terapiyası yaradıcılarından Virginia Satire görə “yaşamağa davam etmək üçün gündə 4 dəfə, böyüyüb inkişaf etmək üçün gücdə 12 dəfə qucaqlaşmağa ehtiyacımız var”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/221433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR