“Milli kimliyinə sahib olmayan millətlərin tarixdə ancaq adı qalır”

“Milli kimliyinə sahib olmayan millətlərin tarixdə ancaq adı qalır”
16:09 7 Aprel 2015
55 Sosial
Ölkə mətbuatı
A- A+

 

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli adət ənənələrimiz və müasirlik-2” adlı növbəti tədbirini Tərtərdə keçirib. Birlikdən Lent.az-a verilən məlumata görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri, yüksək mənəvi dəyərlər sisteminə malik olmalarıdır.

 

Onun sözlərinə görə, bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir: “Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü cəmiyyəti əxlaqi, milli-vətənpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, saf təməllər üzərində tərbiyə etməsindən asılıdır”.

 

 

Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli isə deyib ki, milli kimliyinə sahib olmayan millətlərin tarixdə ancaq adı qalır: “Mlli adət və ənənələrinə sadiq olan millət heç vaxt yad düşüncələrin qurbanına çevrilmir. Bu gün Qarabağın işğaldan azad olunmasının yollarından biri də hər bir ölkə vətəndaşının mənəvi dəyərlərimizə sahib olmasından keçir”. 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR