Sonsuzluq riski olan 15 uşaq əməliyyat olundu - FOTO

Gələcəkdə sonsuzluq riski olan 15 uşaq cərrahiyyə əməliyyatı edilib.

Bir gündə 15 kriptorxizmli (xayaların enməməsi) uşaq üzərində "orxipeksiya" əməliyyatını icra edən şöbə müdiri, cərrah-uroloq, transplantoloq, Rəşad Şolan bu barədə Metbuat.az-a məlumat verib:

“Əməliyyat etdiyimiz hər bir uşaq diqqətli şəkildə araşdırıldıqdan sonra əməliyyata götürülüb. Bəzi uşaqlarda əvvəl keçirdikləri uğursuz əməliyyat nəticəsində problem təkrarlanmışdı. Təbii ki, təkrar əməliyyatlar daha mürəkkəb idi. Bütün bunlara baxmayaraq, heç bir xəstədə problem qeydə alınmayıb. Xəstələr eyni gündə və ya ertəsi gün evə buraxılıb”.

Qeyd edək ki, kriptorxizm uşaqlarda çox geniş yayılmış xəstəlikdir. Kriptorxizmli uşaqlar bir yaşa qədər əməliyyat olunmalıdırlar ki, gələcəkdə sonsuzluq problemi yaşamasınlar.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR