Oğlan ilanla evlənmək istədi

Oğlan ilanla evlənmək istədi
15:11 7 Aprel 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanda gənc oğlan ilanla evlənməyə çalışıb. ANS PRESS-in "The Daily Mirror"a istinadla verdiyi məlumata görə, Uttar Pradeş ştatının sakini 27 yaşlı Sandip Patel iddia edib ki, gürzə ilanı əvvəlki həyatında gözəl bir qız olub. İndi isə ona aşiq olub.

Nikah mərasimi yerli məbədlərin birində baş tutub. Mərasimə 12 minə yaxın qonaq çağrılıb.

Amma polis mərasimin keçirilməsinin qarşısını alıb. Onlar Pateli və onun atasını ictimai asayişi pozduqları üçün saxlayıblar.

İlanla insanın evliliyi üçün məbədə gələnlər polisin gəlişindən təəccübləniblər. Onları dağıtmaq üçün hüquq mühafizə orqanları əlavə köməyə ehtiyac duyublar.

Saxlanılan gənc gecələr transa girərək özü də ilana çevrilib və sevgilisi ilə ünsiyyət qura bilib.

Qeyd edək ki, bu Hindistanda baş verən ilk belə hal deyil. Daha öncə də bu ölkədə ilanla, sari ilə (hind qadın geyimi), itlə ailə quranlar olub.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=336395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR