Netanyahu 6-cı dəfə ifadə verdi -

İsrail polisi baş nazir Benyamin Netanyahu barədə rüşvət iddialarına dair araşdırmaları davam etdirir.

Metbuat.az-ın məlumatına görə, hüquq-mühafizə orqanları hökumət başçısının Qüdsdə yerləşən rəsmi iqamətgahında axtarışlar aparıb. Bundan əlavə, o, iş yerində 6-cı dəfə sorğu-sual edilib.

Qeyd edək ki, Netanyahunun adı iş adamlarıyla birgə bəzi rüşvət qalmaqallarında hallanır.

Hökumət başçısı isə ittihamları rədd edərək, prosesi onu iqtidardan uzaqlaşdırmaq istəyənlərin oyunu adlandırıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR