"NATO Norveçdəki təlimlərdə baş vermiş insidentə görə susmamalıdır"

“NATO Norveçdəki təlimlərdə baş vermiş insidentə görə susmamalıdır”.

Metbuat.az-ın məlumatına görə, Türkiyənin baş nazir müavini Bəkir Bozdağ təlimlər zamanı Mustafa Kamal Atatürk və prezident Rəcəb Tayyib Ərdoğanın şəkillərinin hədəf lövhəsinə qoyulmasına münasibət bildirərkən belə deyib.

O bildirib ki, hadisəyə görə 2 nəfərin vəzifəsindən uzaqlaşdırılması təhqiqatın başa çatması və qalmaqalın bütün aspektlərinin araşdırılması anlamına gəlmir.

“Şimalı Atlantika Alyansı məsələni sona qədər araşdırmalıdır” deyən Bozdağ, insidenti NATO tarixində ən böyük qalmaqallardan biri adlandırıb.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR