Əbülfəs Qarayev: "Bu, regionlara da müsbət təsirini göstərir"

Əbülfəs Qarayev: "Bu, regionlara da müsbət təsirini göstərir"
16:14 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsi uğurla davam edir. Nazirlikdən Lent.az-a verilən məlumata görə, növbəti tədbir Quba rayonuna həsr olunub. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Quba Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə təşkil etdiyi tədbirdən öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, digər qonaqlar rayonun sosial-iqtisadi inkişafını, mədəni irsini, kulinariyasını, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizmini əks etdirən sərgi ilə tanış oldular. 
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Qubanın tarixi keçmişindən, müasir inkişafından danışdı. Bildirib ki, Azərbaycanın dilbər guşələrindən olan Qubada hər zaman milli-mənəvi dəyərlərin qorunmasına, gələcək nəsillərə çatdırılmasına, mədəni irisin təbliğinə xüsusi önəm verilib: "Son illər Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da müsbət təsirini göstərir. "Bölgələrdən paytaxta" layihəsi ölkəmizin zəngin mədəniyyətinin geniş təbliğinə, regionlararası mübadilənin gücləndirilməsinə, bölgələrin mədəni və turizm potensialının, ənənələrinin, incəsənət nümunələrinin daha geniş formada nümayiş etdirilməsinə imkan verir".
Nazir milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsi sahəsində Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin müstəsna xidmətlərinin olduğunu vurğulayıb. Qeyd edib ki, bu gün Quba Azərbaycanda multikulturalizmi, tolerantlığı yaşadan, inkişaf etdirən bir bölgədir.
Tədbir Quba rayonunda fəaliyyət göstərən musiqi kollektivlərinin və incəsənət ustalarının çıxışları ilə davam edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198511

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR