Play Store

Pakistanda ölənlərin sayı 18-ə çatdı Avtobus qəzası

Pakistanın Sind əyalətində ciddi insan tələfatı ilə nəticələnən ağır yol qəzası baş verib.

Metbuat.az-ın məlumatına görə, yük maşını ötmə əməliyyatını yerinə yetirərkən, sərnişin avtobusunun üzərinə aşıb. Nəticədə azı 18 nəfər həyatını itirib. 15-ə qədər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlardan bəzilərinin vəziyyəti ağır olduğundan, tələfat sayının artacağı istisna edilmir. Bildirilir ki, qəzaya səbəb həm də havanın əlverişsiz olmasıdır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR