Play Store

Türkiyədə daha 58 terrorçu zərərsizləşdirildi

Türkiyədə həftə ərzində 58 terrorçu zərərsizləşdirilib.

Metbuat.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, antiterror əməliyyatları noyabrın 13-20-si aralığında keçirilib. Terrorçulardan 45- öldürülüb, 10-u sağ ələ keçirilib.

Digər 3-ü isə silahı yerə qoyaraq, hüquq-mühafizə orqanlarına könüllü təslim olub.

Əməliyyatlar zamanı xeyli-sayda silah-sursat və bölgəni əks etdirən xəritələr də aşkar edilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR