Elnur Hüseynov söz verdi

Elnur Hüseynov söz verdi
16:16 7 Aprel 2015
38 Şou
Ölkə mətbuatı
A- A+

“Eurovision” mahnı müsabiqəsi özümü solo müğənni kimi təqdim etmək üçün böyük şansdır."

ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycanı “Eurovision-2015”də təmsil edəcək Elnur Hüseynov yarışmanın rəsmi saytına müsahibəsində deyib.

Bu müsabiqənin səhnəsində ölkəmizi artıq ikinci dəfə təmsil edəcəyini qeyd edən E.Hüseynov şouda heyranedici səhnə təqdimatı olacağını söyləyib: “Bununla bağlı çoxlu ideyalarımız var. Odur ki, “Eurovision-2015”də məxsusi bir performans görəcəksiniz”.

“Builki mahnımıza inanıram, onda çox güclü mesajlar var. Mahnının sözlərində “hər bir qəlb mübarizə etməyə layiqdir” deyildiyi kimi, biz heç vaxt təslim olmamalı, xoşbəxtliyimiz üçün mübarizə aparmalıyıq”, - deyə o bildirib.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=336426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR