Heydər Əliyev prospekti yenidən qurulur - VİDEO

Heydər Əliyev prospekti yenidən qurulur - VİDEO
16:17 7 Aprel 2015
306 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının Heydər Əliyev prospektində təmir işlərinin aparılması davam etdirilir
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə bildiriblər ki, paytaxtın Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissəsində təmir işlərinin aparılmasında əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə prospektin görkəmini daha da yaxşılaşdırmaqdır.

Vaxtilə prospektin əsaslı yenidənqurmadan sonra 2008-ci ildə istismara verilməsini, eyni zamanda, ay ərzində həmin ərazidən 1 milyondan artıq nəqliyyat vasitəsinin hərəkət etməsini nəzərə alsaq, asfalt-beton örtüyünün üst qatının dəyişdirilməsinə böyük ehtiyac var idi.

"Azəryolservis"dən verilən məlumata görə, təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi ilə yanaşı, səki daşlarının dəyişdirilməsi, ayırıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidən qurulması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi, yerüstü piyada keçidinin rekonstruksiyası və s. işlər aparılır.

Artıq 5 kilometrlik hissənin 1800 m hissəsinə asfalt-beton örtük döşənib, 1 km hissədə isə yolun hərəkət hissəsinin üfüqi nişanlanması başa çatdırılıb. Üfüqi nişanlanma zamanı termoplastik yol cizgi boyasından istifadə edilir. İşlərin tez bir zamanda başa çatdırılması üçün "Azəryolservis" tərəfindən bütün qüvvələr səfərbər edilib.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR