İki jurnalist edam edildi

İki jurnalist edam edildi
17:33 9 Yanvar 2015
118 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Məftun Salmanov/

"İslam Dövləti" terror təşkilatının Liviya qolunun nümayəndələri iki tunisli jurnalistin edam edildiyini bəyan ediblər.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən, jurnalistlər 4 ay əvvəl itkin düşmüşdülər.

Öldürülən jurnalistlərin adları Sofyen Şurabi və Nadir Qtaridir. Hazırda məlumatın doğruluğunu təsdiq etmək imkanı yoxdur. Jurnalistlər dinə qarşı mübarizə aparan peyk kanalında çalışmaqda ittiham olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2351524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR