Aİ-nin Azərbaycandakı missiyanın rəhbəri Latviya səfirinin vəfatı ilə bağlı başsağlığı verib

Aİ-nin Azərbaycandakı missiyanın rəhbəri Latviya səfirinin vəfatı ilə bağlı başsağlığı verib
16:22 7 Aprel 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Azərbaycandakı missiyanın rəhbəri Malena Mard Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanisin qəfil vəfatı ilə bağlı başsağlığı verib.
Bu barədə "Report"a Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.
M.Mard onun ailəsinə və Latviya icmasına başsağlığı verib.
"O, mənim əziz dostum və həmkarım idi. Bu, bizim üçün böyük itkidir", - M.Mard bildirib.
Qeyd edək ki, Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanis aprelin 6-da Bakıda vəfat edib. 47 yaşlı diplomatın ölüm səbəbi kimi sağlamlığında olan problemlər göstərilib.
H.Baumanis 2010-cu il sentyabr ayından dünyasını dəyişənədək Latviyanın Azərbaycandakı səfiri olub.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/ai-nin-azerbaycandaki-missiyanin-rehberi-latviya-sefirinin-vefati-ile-bagli-bassagligi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR