"İnsanları ağlatmaq asandır"

"İnsanları ağlatmaq asandır"
16:22 7 Aprel 2015
49 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Rafael İsgəndərov yeni çəkilən filmlərdən danışıb
Axşam.az-ın əməkdaşı ilə söhbətində “Bu şəhərdə”nin aktyoru ekran işlərində istifadə olunan söyüşlərə irad bildirib:
 
“Azərbaycanda kinonun inkişaf etməsi sevindirici haldır. Bəziləri şikayət edir ki, yeni çəkilən filmlərin hamısı komediya janrındadır. Əslində, insanları ağlatmaq asandır. Evdə oturub bir seriala baxırlar, dərdləri yadlarına düşür. Ən çətini güldürməkdir. Komediya janrı yarışa çevrilib. Tələbat da var. Yeni çəkilən filmlərin heç birini izləməmişəm. Hətta bu yaxınlarda Coşqun və Müşviqlə söz verdik ki, gedib hamısına baxaq. İnsanlardan filmlərlə bağlı çox söz eşitmişəm: tərifləyiblər, tənqid bildiriblər, söyüblər, zalı yarımçıq tərk ediblər. Bir də söyüşə çox yol verildiyini eşitmişəm. Bu dəb də Türkiyədən, Amerikadan gəlib. İrad tutan kimi “Rəcəb İvedik”i misal çəkirlər ki, onlara baxanda niyə bəyənirsiniz?"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/333275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR