Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən II atıcılıq turniri keçiriləcək

16:23 7 Aprel 2015
137 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən II atıcılıq turniri təşkil edəcək.
Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak edəcəkləri turnirin keçirilməsinin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır.
Turnir mayın 2-də “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçiriləcək. Yarışda üç nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər.
Turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu ilə və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Yarışda iştirak etmək istəyən kütləvi informasiya vasitələri komandanın tərkibi haqqında məlumatı aprelin 20-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına və yaxud info@seferberlik.gov.az elektron ünvanına göndərə bilər. Məlumatda komanda üzvlərinin adı, soyadı, atasının adı, təvəllüdü, vəzifəsi əksini tapmalıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyevin_xatiresine_hesr_edilen_II_aticiliq_turniri_kechirilecek-844262

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR