AMEA-nın institutlarında ciddi nöqsanlar aşkarlanıb

16:27 7 Aprel 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 16:23 ]


Bakı. Fərid Mirzəyev - APA. “Milli Elmlər Akademiyasının bir neçə institutunda kargüzarlıq və kadr işlərində ciddi nöqsanlar aşkarlanıb”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq təminatı şöbəsinin rəhbəri Rasim Ağasiyev Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası ilə akademiyanın elmi müəssisələrinin Direktorlar Şurasının birgə iclasında çıxışı zamanı deyib.

 

R. Ağasiyev Zoologiya İnstitutunda kadr sahəsindəki vəziyyətin acınacaqlı olduğunu bildirib: “İyuldan bu yana işçilərlə əmək müqaviləsi bağlanmayıb. Daha sonra bu il yanvarın 26-da bir işçinin altı gün işə çıxmadığını əsas gətirərək əmək intizamını pozduğuna görə onun maaşından tutulması barədə qərar qəbul edilib. İşçinin 5 yanvarda işə çıxmadığı qeyd olunub, halbuki 5 yanvar bazar gününə təsadüf edib. Digər tərəfdən, əgər bir işçi 6 gün işə çıxmırsa, qanunvericiliyə uyğun olaraq vəzifədən çıxarılmalıdır. Belə əmrlər həddindən artıq çoxdur”.

 

R. Ağasiyevin sözlərinə görə, oxşar problemlər AMEA-nın digər institutlarında da baş verib: “Fizika İnstitutunda işçilərlə əmək müqavilələri bağlanmır, müdir bu sənədi imzalamır. Bu institutda əmək qanunvericiliyindəki 33-cü maddəyə istinad edirlər, amma hələ də bilmirlər ki, dövlət qulluqçuları ilə bağlı göstərilən 33 maddənin akademiyaya heç bir aidiyyəti yoxdur. Çünki Milli Elmlər Akademiyasının işçiləri dövlət qulluqçusu sayılmır. Fizika İnstitutu ümumiyyətlə, hüquqi şəxs kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib. Tarix İnstitutunda da vəziyyət çox acınacaqlıdır. Yüzlərlə ərizə dəftərxanada qeydə alınmayıb, dərkənar edilməyib, amma icraya yönəldilib. Ərizələr qeydə alınmadan əmrlər verilir. Əmək qanunvericiliyin tələbləri kobud sürətdə pozulur. Dəftərxana müdiri iki ayrı şöbədə işləyir. Bu kimi faktlar həddindən artıq çoxdur”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR