Fərda:""Xoxan 2" olacaq"

Fərda:""Xoxan 2" olacaq"
17:37 9 Yanvar 2015
790 Şou
Ölkə mətbuatı
A- A+

Yumor ustası Fərda Xudaverdiyev rejissor Kənan M.M.-in yeni filmində rol alacaq
Bu haqda axşam.az-ın əməkdaşı ilə söhbətində aktyor özü deyib. O, bu filmdə ilk dəfə ciddi obraz yaradacağını bildirib:

“2015-ci ildə üç filmə təklif almışam. Amma mənim üçün ən maraqlı təklif Kənan M.M.-dən gəldi. Onun İlqar Fəhminin əsəri əsasında çəkəcəyi ekran işində rol alacam. Tamaşaçı hər zaman məni gülməli janrda görüb. Burada isə ciddi bir obrazda olacam. Növbəti film isə “Xoxan 2” olacaq. Birinci hissə maraqla qarşılandı.

Biz sübut etdik ki, Azərbaycanda da kino çəkənlər var. Hollivuddan geri qalmırıq. Bizdə kinonun inkişaf etmədiyini deyənlərin ağzını bağlamağı bacardıq. Filmin birinci hissəsi az büdcə ilə ərsəyə gəldi. İkinciyə daha çox maliyyə ayrılacaq. Qrafikadan da istifadə edəcəyik. Bu ilin sonunda filmi təhvil verməyi planlaşdırırıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR