Ramiz Əzizbəylinin qızı: "Ondan qurtulmaq asan iş deyil"

Ramiz Əzizbəylinin qızı: "Ondan qurtulmaq asan iş deyil"
16:32 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhətindən xəbər var
Milli.Az xəbər verir ki, lent.az-a açıqlama verən xalq artistinin qızı Xədicənin sözlərinə görə, atasının səhhəti hərdən yaxşı olsa da, bəzən pisləşir:
 
“Artıq xeyli müddətdir ki, atam ev şəraitində müalicə olunur. Çox sağ olsun həkimi Nərgiz Ağayeva. İlk gündən nəzarət edir. İnsult xəstəliyi elədir ki, ondan qurtulmaq asan iş deyil. Həkimlər söylədilər ki, müalicəsi xeyli müddət davam etməlidir. Atamın nitqində də problemlər olur. Hazırda həkiminin yazdığı dərmanları qəbul edir və ev şəraitində bir neçə fiziki hərəkətlər edilir".

Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Bir neçə müddətdir aktyor evə buraxılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/333280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR