III Qlobal Açıq Cəmiyyətlər Forumunda Andorranın Baş naziri də iştirak edəcək

III Qlobal Açıq Cəmiyyətlər Forumunda Andorranın Baş naziri də iştirak edəcək
15:33 7 Aprel 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Andorranın Baş naziri Antoni Marti aprelin 27-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.
Antoni Marti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil ediləcək Forum çərçivəsində qlobal problemlərin müzakirəsinə qatılacaq və bir sıra görüşlər keçirəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Andorra hökuməti ilə sıx əməkdaşlıq edir. Belə ki, III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə 2014-cü ilin sentyabr ayında Andorranın paytaxtı Andorra La Vella şəhərində “Avropada etimadın bərpa olunması” mövzusunda beynəlxalq konfrans və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin VII toplantısı keçirilib. Toplantıda Mərkəzin həmsədrləri və üzvləri ilə yanaşı, Andorra parlamentinin sədri Visenç Mateu, bu ölkənin sabiq Baş naziri Oskar Ribas da iştirak edib.
“Yeni dünya düzənində etimadın bərpası” mövzusuna həsr edilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda regiondakı münaqişəli məsələlər, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu kimi bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/III_Qlobal_Achiq_Cemiyyetler_Forumunda_Andorranin_Bas_naziri_de_istirak_edecek-844267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR