Play Store

Ümumdünya Televiziya Günüdür - 21 noyabr

Bu gün Ümumdünya Televiziya Günüdür.

Metbuat.az-ın məlumatına görə, 1996-cı ilin dekabrında BMT Baş Assambleyası 21 noyabr tarixini həmin ildə ilk Ümumdünya Televiziya Forumunun (World Television Forum) keçirilməsi ilə əlaqədar olaraq Ümumdünya Televiziya Günü (World Television Day) elan edib.

Azərbaycanda isə televiziyanın yaranması 1956-cı il fevralın 14-ə təsadüf edib. İlk vaxtlar televiziya həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. Sonralar isə bu müddətin getdikcə artırılmasına başlanılıb. 1953-cu ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün isə yeni teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib.

1996-cı ildə teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanılıb. Bu məqsədlə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2,5 milyon manat məbləğində vəsait ayrılıb. Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Xəta (#32)

Aktual mövzular: Dollar alış-satışı , Qarabağ, Hava, Məzənnə

Xəta (#32)

Daxili server xətası meydana gəldi.

Server sorğunu icra edərkən yuxarıdakı səhvlə qarşılaşdı.

Əgər fikirləşirsizsə bu serverlə bağlı səhvdir,zəhmət olmasa bizimlə əlaqə saxlayın.