Prezident ailəsi Peyğəmbər məscidində (FOTO)

15:36 7 Aprel 2015
908 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvlərinin Mədinə şəhərindəki Peyğəmbər məscidində fotoları yayılıb.

ANS PRESS-in məlumatına görə, fotolar dövlət başçısının kürəkəni Səməd Qurbanovun kürəkəninin adına olan İnstagram səhifəsində paylaşılıb.

Fotoda İlham Əliyevlə yanaşı birinci xanım Mehriban Əliyeva, qızı Arzu, oğlu Heydər Əliyev və Səməd Qurbanov olub.

Xatırladaq ki, Məkkə şəhərində səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri ümrə ziyarətində olublar. Onlar xüsusi libas geyinərək Əl-Həram məscidinə gəliblər.
Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıb, məsciddə namaz qılıblar.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=336396

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR