Yapı Kredi Bank Azərbaycan İnternet Bankçılıq Xidməti üzrə ilin ən yaxşısı oldu

Yapı Kredi Bank Azərbaycan İnternet Bankçılıq Xidməti üzrə ilin ən yaxşısı oldu
16:38 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən www.banco.az maliyyə portalının keçirdiyi “İlin Ən Yaxşıları” müsabiqəsində Yapı Kredi Bank Azərbaycan İnternet Bankçılıq Xidməti üzrə birinci yerə layiq görülərək ilin ən yaxşısı oldu.
AZƏRTAC xəbər verir ki, filiallara getmədən, növbələr gözləmədən, internet vasitəsi ilə sürətli və etibarlı bank əməliyyatları üçün Yapı Kredi Bank Azərbaycanın təqdim etdiyi İnternet Bankçılıq xidmətinin əsas üstünlükləri kart, bank, əmanət və kredit hesabları haqqında məlumatları əldə etmək, ölkədaxili və bank daxili pul köçürmələri etmək, konvertasiya əməliyyatlarını həyata keçirmək, əmanət yatırmaq, Worldcard-dan karta və ya hesaba pul köçürmək, ağıllı assistent və ağıllı kitabça funksiyalarından yararlanmaq, eyni zamanda, Worldcard borcunu və kommunal ödənişləri avtomatik olaraq ödəmək, hesab bildirişini çap etməkdən ibarətdir. Bundan əlavə, bu funksiyaların bir çoxu yerinə yetirilməsi üçün Yapı Kredi Bank Azərbaycan Mobil bankçılıq məhsulunu da müştərilərinin istifadəsinə verib. Xidmətə qoşulmaq üçün bankın bütün filiallarından sadə bir müraciət forması doldurmaq kifayət edir. İnternet Bankçılıq xidmətindən bankın müştərisi olan hüquqi və fiziki şəxslər, Worldcard sahibləri və World Üzv Ticarət Obyektləri yararlana bilərlər. Xidmətə qoşulmaq ödənişsizdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yapi_Kredi_Bank_Azerbaycan_Internet_Bankchiliq_Xidmeti_uzre_ilin_en_yaxsisi_oldu-844269

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR