Play Store

Arıqlamaq istəyənlər üçün pəhriz menyusu -Məşhur dietoloq

Qış mövsümün gəlməsi ilə artıq çəki problemi də artır.

Metbuat.az xəbər verir ki, qışı sağlam, formada keçirmək istəyənlər üçün məşhur dietoloq Dəniz Şafaqın pəhriz menyusunu təqdim edirik.

Səhər yeməyi

İki dilim pendirlə hazırlanmış tam taxıllı çörəkdən yağsız tost

Qaynadılmış yumurta

Ara yemək olaraq bir ovuc təzə meyvə yeyin.

Günorta yeməyi

Yarım kasa şorba və ya 2 qaşıq bulqur plovu, makaron

5-6 qaşıq susuz tərəvəz, qiyməli ispanaq, ətli quru lobya

Yarım kasa qatıq

Salat

Ara yemək olaraq 10 ədəd fındıq və ya 10 ədəd çiy badam, 3 ədəd qoz. Bir müddət keçdikdən sonra ayran, bir stəkan şəkərsiz kofe içə bilərsiniz.

Axşam yeməyi

1 kasa şorba

1 ədəd qaynadılmış kartof ya da 1 dilim çörək, 100 q ət, toyuq ya da balıq

Salat

Yarım kasa qatıq

Ara yemək olaraq yarım kasa qatıq yeyə bilərsiniz.

Qeyd edək ki, ümumi 1625 kalorilik pəhriz menyusu ilə sağlam şəkildə ayda bir kq arıqlaya bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Sonsuzluq riski olan 15 uşaq əməliyyat olundu - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR