​Salyanda Regionların inkişafı Dövlət Proqramının icrasına dair tədbir keçirilib

16:42 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, regionların inkişafı proqramının icrasının birinci ili çərçivəsində genişmiqyaslı işlər görülüb. Konfransda dövlət başçısı tərəfindən Dövlət İnvestisiya Proqramına prioritet layihələrin daxil edilməsi və vəsaitlərin istifadəsinə ciddi nəzarət olunması, məktəb, uşaq bağçası, səhiyyə və ictimai obyektlərin tikintisi, infrastruktur layihələrinin icrası, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sənaye klasterlərinin yaradılması, rayonlarda sənaye zonasının, iri fermer təsərrüfatlarının, “yaşıl market”lərin təşkil edilməsi, aqroparkların tikintisi prosesinin davam etdirilməsi kimi tapşırıqlar verilib. S.Məmmədov dövlət başçısının müəyyənləşdirdiyi tapşırıqların vaxtında və keyfiyyətlə icrası üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanmış Tədbirlər Planının icra olunduğunu vurğulayıb və bu tədbirlər barədə iştirakçılara məlumat verib.
İqtisadiyyat və Sənaye Nazirliyi regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Elşən Əsədov regionların inkişafı sahəsində əldə edilmiş nailiyyətlər və Dövlət Proqramında Aran və Lənkəran iqtisadi rayonları üzrə nəzərdə tutulmuş tədbirlər, Nazirliyin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov sahibkarlara göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verib.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində rayonlarda keçirilən tədbirlər və biznes inkubatorların yaradılmasının əhəmiyyəti, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Emil Qasımov rayonlarda ixtisaslaşma və bu sahədə beynəlxalq təcrübənin ölkə regionlarına tətbiqi imkanları, Azərbaycan İnvestisiya Şirkətinin şöbə müdiri Azər Rzaxanov regionlarda həyata keçirilən investisiya layihələrində şirkətin iştirak imkanları barədə məlumat veriblər.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/salyanda-regionlarin-inkisafi-dovlet-proqraminin-icrasina-dair-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR