Azərbaycanın iki yunan-Roma güləşçisi beynəlxalq reytinq cədvəlində liderliyini davam etdirir

Azərbaycanın iki yunan-Roma güləşçisi beynəlxalq reytinq cədvəlində liderliyini davam etdirir
16:43 7 Aprel 2015
152 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Dünya Güləş Birliyi (DGB) 2015-ci il martında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Yunan-Roma güləşi üzrə reytinq siyahısında 8 Azərbaycan güləşçisi yer alıb.
AZƏRTAC xəbər verir ki, Rəsul Çunayev (71 kq) və Rafiq Hüseynov (80 kq) ötən ay olduğu kimi birinciliklərini qoruyublar. Həsən Əliyev (66 kq), Saman Təhmasibi (85 kq) və Elvin Mürsəliyevin (75 kq) də mövqeyində dəyişiklik baş verməyib. Saman Təhmasibi 2-ci, Həsən və Elvin müvafiq olaraq siyahıda 5-ci yerdədir.
Ötən ay keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanan İslam Abbasov (85 kq) 2 pillə irəliləyərək 6-cı sıraya yüksəlib.
Digər güləşçilərimizdən Taleh Məmmədov (59 kq) 14-cü və Kamran Məmmədov (66 kq) 17-ci pillədə qərarlaşıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_iki_yunan_Roma_guleschisi_beynelxalq_reytinq_cedvelinde_liderliyini_davam_etdirir-844270

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR