Serbiya TANAP layihəsinə qoşulmaq niyyətindədir

Serbiya TANAP layihəsinə qoşulmaq niyyətindədir
15:43 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, Nihat Budaqov, AZƏRTAC
Serbiya Trans-Anadolu qaz boru kəməri – TANAP vasitəsilə nəql olunacaq Azərbaycan qazına çıxış əldə etmək niyyətindədir.
AZƏRTAC “Natural Gas Europe”in saytına istinadla xəbər verir ki, bu barədə Serbiyanın dağ sənayesi və energetika naziri Aleksandr Antiç məlumat verib. Nazir bildirib ki, əsas prioritet - Serbiya və Bolqarıstan arasındakı ikitərəfli qaz kəmərinin inşasıdır. Artıq Bolqarıstan tərəfi ilə kəmərin ötürücülük qabiliyyəti barədə danışıqlar aparılıb. Serbiya yaxın zamanda layihənin maliyyələşdirilməsini təmin etmək üçün vəsait axtarışına başlayacaq”.
Qeyd edək ki, Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə, qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq TANAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq. TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.
Kəmərin ötürücülük qabiliyyətinin 24 milyard kubmetrə və sonradan isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. 1850 kilometr uzunluğunda “Cənubi” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəməri qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarları “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (58 faiz), BOTAŞ (30 faiz) və bp (12 faiz) şirkətidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Serbiya_TANAP_layihesine_qosulmaq_niyyetindedir-844271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR