Yenidən güclü zəlzələ baş verə bilər - Seysmoloq

İran-İraq sərhədində yenidən zəlzələ baş verib.

Zəlzələ Mehram şəhərinin qərbində, İraq sərhədinə 29 km uzaqlıqda, yerin 10 km dərinliyində qeydə alınıb. Yeraltı təkanların gücü 5.3 bal olub. İlkin məlumatlara görə, ölüm faktı qeydə alınmayıb. İnsanlar gecəni küçələrdə keçirib.

Azərbaycan, İran və İraq eyni zəlzələ zonasında yerləşdiyi üçün yeraltı təkanlar ölkə ərazində baş verə bilərmi?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən ekoloq, seysmoloq Ənvər Əliyev bildirib ki, bunu öncədən bilmək mümkün deyil:

"Güclü zəlzələrdən sonra afterşoklar bir neçə gün, yaxud da ay davam edir. Bu, yeraltı platformanın toqquşması nəticəsində olur. Əvvəl böyük bir zəlzələ baş verir, sonrada kiçik afterşoklar qeydə alınır. Azərbaycan da bu platformaların arasında yerləşir. Ona görə, qeyd olunan ərazidə zəlzələnin olması mümkündür. Lakin onu qabaqcadan bilmək olmur”.

Xatırladaq ki, keçən həftə İran-İraq sərhədində baş verən 7.3 bal gücündəki zəlzələ nəticəsində 530 nəfər ölüb, 8 min insan isə ağır yaralanıb.

Xəyalə Məmmədova / METBUAT.AZ

Azərbaycanda 9 ballıq zəlzələ ola bilər - Bu ərazilərdə... – OXUMAQ ÜÇÜN TIKLAYIN!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR