"Azərsu" işçi axtarır

"Azərsu" işçi axtarır
16:44 7 Aprel 2015
107 Sosial
Ölkə mətbuatı
A- A+

"Azərsu” işçi axtarır.  ASC-dən Lent.az-a verilən məlumata görə, “Azərsu” kadr ehtiyat bazasının gücləndirilməsi məqsədilə Şirvan, Hacıqabul, Kürdəmir, Ucar və Sabirabad sukanal idarələri üçün müxtəlif vəzifə və peşələr üzrə müraciətlərin qəbulunu elan edir.

 

Kadr ehtiyat bazasına avtomatika və metrologiya üzrə mühəndis, mexanik, energetik, hidrotexnik, kimyaçı-bioloq, təmizləyici qurğuların operatoru, təmirçi çilingər, nasos qurğularının maşinisti, xlorator qurğusunun operatoru daxil ediləcək. Maraqlananlar şəxsi məlumatlarını (CV) müvafiq vəzifənin və ya peşənin adı göstərilməklə aprelin 15-dək hr@azersu.az ünvanına göndərə bilərlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198519

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR