Tikinti şirkəti Təhsil Nazirliyindən kompensasiya tələb edir (VİDEO)

Tikinti şirkəti Təhsil Nazirliyindən kompensasiya tələb edir (VİDEO)
16:46 7 Aprel 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Tikinti şirkəti tikilən binanın sökülməsinə görə kompensasiya verilməsini tələb edir.

ANS TV-nin məlumatına görə, söhbət Nərimanov rayonu Molla Cümə küçəsində yerləşən 21 saylı Uşaq Yaradıcılıq Mərkəzindən gedir. Daha dəqiq şikayətçi Əlisöyün İbadov deyir ki, məktəbin layihəsi 2012-ci ildə işlənib hazırlanıb. Binanın tikintisi üçün Fövqəladə Hallar Nazirliyi rəy də verib. Nərimanov rayon İcra Hakimiyyətindən və Təhsil Nazirliyindən texniki şərt alınıb. Sonradan müəssisənin tikintisi Təhsil Nazirliyinin Tikinti şöbəsinə verilib Şikayətçi olan Əlisöyün İbadov “Sara” tikinti şirkətinin vasitəçili ilə tikinti həyata keçirilib. Köhnə binanın yerində yeni birmərtəbəli bina inşa olunub. Tikinti qurtarandan sonra binaniın köhnə layihə əsasında inşa olunduğu bildirilib və tikilən yeni bina sökülüb. Buna görə isə sözügedən şirkət nə az nə çox 95 min azn öz hesabina pul xərcləyiblər. Fəhlələrin də pulları bu səbəbdən verilməyib. Ən azından bunları şikayətçi belə deyir. Bununla bağlı etdikləri müraciətdə cavabsız qalıb.

Şikayətçi Əlisöyün İbadov onu da qeyd etdi ki, fəhlələrə pul vermək üçün nazirlikdən kompensasiya istəyirlər.

Nazirlikdən tikinti ilə bağlı heç bir razılaşma olmadığı bildirildi.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən deyilənlərin yalan olduğunu dedilər. Bildirdilər ki, həmin tikinti şirkətinin heç bir sənədi yoxdur. Tikinti aparılması üçün isə heç bir razılıq əldə olunmayıb. Belə olan halda isə şikayətçilərə taleyi ilə barışmaq qalır.

Mənbə
ANS TV, Hürü Əliyeva



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=336431

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR