Nazir: "Bu il manat 10% möhkəmlənib"

Nazir: "Bu il manat 10% möhkəmlənib"
13:22 21 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Cari ilin əvvəlindən Az'rbaycan milli valyutasının məzənnəsi möhkəmlənib. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.
"Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb", - deyə nazir əlavə edib.
S.Şərifov qeyd edib ki, cari ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb: "Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, 1,2 faiz profisit əldə olunub".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/nazir-bu-il-manat-10-mohkemlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR