Azərbaycan şahmatçıları “Dubai Open Chess Tournament 2015”də ilk qələbələrini qazanıblar

16:48 7 Aprel 2015
63 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Dubayda 17-ci “Dubai Open Chess Tournament 2015” beynəlxalq açıq şahmat turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, turnirdə 58 ölkədən 67 qrossmeyster də daxil olmaqla 179 şahmatçı mübarizəyə qoşulub. Azərbaycanı qrossmeysterlər Eltac Səfərli, Qədir Hüseynov, Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Zaur Məmmədov, Xəyalə Abdulla, Nərmin Məmmədova və Rüstəm Bünyatov təmsil edirlər. İsveçrə sistemi ilə keçirilən turnir 9 turdan ibarət.
Birinci turda Qədir Hüseynov Hindistan təmsilçisi Karti Rajariski üzərində qələbə qazanaraq aktivinə ilk xalını yazıb. Bu turda digər qələbə qazanan həmyerlilərimiz Zeynəb Məmmədyarova və Zaur Məmmədov olub. Z.Məmmədyarova Birləşmiş Ərəb Əmirliklərinin şahmatçısı Rem Xalili məğlub edib. Zaur Məmmədov isə ilk qələbəsini suriyalı Hayel Rafi Mohd üzərində qazanıb. Eltac Səfərli, Günay Məmmədzadə, Xəyalə Abdulla və Nərmin Məmmədova isə ilk turda məğlubiyyətlə üzləşiblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sahmatchilari_Dubai_Open_Chess_Tournament_2015de_ilk_qelebelerini_qazaniblar-844275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR