Dünyanın ən yaşlı qadını Gertrud Uiver vəfat edib

Dünyanın ən yaşlı qadını Gertrud Uiver vəfat edib
16:48 7 Aprel 2015
74 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 Aprel, AZƏRTAC
Bir neçə gün əvvəl 116 yaşını qeyd edən Gertrud Uiver yaşadığı Arkanzas ştatında vəfat edib.
AZƏRTAC Assoşieyted-Press saytına istinadla xəbər verir ki, o, ötən həftə 117 yaşlı yapon qadın vəfat etdikdən sonra dünyanın ən yaşlı insanı olmuşdu. 1898-ci il təvəllüdlü G.Uiver qocalar evində ona baxan dayəsinə seçkilərdə iki dəfə Barak Obamaya səs verdiyi üçün onunla görüşmək arzusunda olduğunu söyləmişdi.
Gertrud Uiverin vəfatından sonra dünyanın ən yaşlı qadını 1899-cu il təvəllüdlü amerikalı Ceralin Telli olub. O, mayın 23-də 116 yaşını qeyd edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunyanin_en_yasli_qadini_Gertrud_Uiver_vefat_edib-844276

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR