Elman Rüstəmov: "Kriptovalyuta ilə bağlı AMB-nin mövqeyi konservativdir"

Elman Rüstəmov: "Kriptovalyuta ilə bağlı AMB-nin mövqeyi konservativdir"
14:22 21 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ “Azərbaycan Mərkəzi Bankı (AMB) kriptovalyuta problemlərini, “blockchain” texnologiyalarından istifadə problemlərini və bu sahədə tənzimləmə üzrə beynəlxalq təcrübəni diqqətlə izləyir. Kriptovalyuta ilə bağlı AMB-nin mövqeyi konservativdir. Kriptovalyuta valyuta paralel maliyyə monetar sistemi deyil, yüksək riskli investisiya aktividir”.
“Report”un verdiyi xəbərə görə, bunu AMB sədri Elman Rüstəmov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.
Baş bankir qeyd edib ki, "blockchain" - qabaqcıl texnologiyadır: "Yaxın beşillikdə maliyyə sektoru, real sektor, idarəetmə sistemi də daxil olmaqla, bütün sistemdə dəyişikliklər gətirib çıxaracaq. AMB “blockchain” texnologiyalarının maliyyə-bank sektorunda tətbiqinə yardım edəcək. Bu sahədə artıq aparıcı məsləhətçi şirkətlərlə danışıqlara başlamışıq. İlk olaraq “blockchain”in hüquqi infrastrukturunu yaratmalıyıq, sonra onun texnoloji tətbiqinə keçməliyik".
E.Rüstəmov bildirib ki, sərt xarici şok olmazsa, daxili valyuta bazarında sabitlik qorunacaq: "Proqnozlaşdırılan neft qiymətləri çərçivəsində tədiyyə balansının cari hesabı tarazlıdır, valyuta bazarında tələb-təklif arasında tarazlığı, manatın məzənnəsinin sabitliyini təmin etmək iqtidarındadır".
Bununla yanaşı qeyd olunub ki, növbəti ildə pul bazarının inkişaf proqramları üzrə tədbirlər aidiyyəti orqanlarla bilrikdə həyata keçiriləcək: “Bank sektorunda restrukturizasiya davam etməlidir. Problemli aktivlər həllini tapmalıdır. Kapitalizasiya tədbirləri davam etdirməlidir”.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/elman-rustemov-kriptovalyuta-ile-bagli-amb-nin-movqeyi-konservativdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR