Dünyanın "ən istedadlı gənc futbolçular"ı (SİYAHI)

Dünyanın "ən istedadlı gənc futbolçular"ı (SİYAHI)
16:51 7 Aprel 2015
59 İdman
Ölkə mətbuatı
A- A+

Avropanın "ən istedadlı gənc futbolçular"ının siyahısı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, "The Guardian" qəzetinin hazırladığı siyahıda tanınmış klublarda çıxış edən gənc futbolçuların adları yer alıb.

"Ən istedadlı gənc futbolçular" siyahısına Almaniyada forma geyən 3, İtaliya, İspaniya və Hollandiyada kariyerasını davam etdirən 2 və Serbiyada forma geyən bir futbolçunun adı daxil edilib.

Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu da bu siyahıya düşüb. İsgilis qəzeti futbolçu üçün 13 milyon avro dəyər biçib. 21 yaşındakı futbolçunun xüsusilə, cərimə zərbəsi və uzaq məsafədən vurduğu qollarla tanındığı bildirilir. Qəzet Türkiyənin Lüksemburqu 2-1 məğlub etdiyi matçda Hakanın qələbə qolunu vurduğunu vurğulayıb.

Qəzetin hazırladığı siyahıda Hakan Çalhanoğlu ilə yanaşı bu futbolçuların adları qeyd olunub:

Maks Meyer (Şalke)



Julian Draksler (Şalke)



Mateo Kovaçiç (İnter Milan)



Memphis Depay (PSV)



Paulo Dybala (Palermo)



Alen Haliloviç (Barselona)



Davy Klaassen (Ajaks)



Nikola Ninkoviç (Partizan)



Xese Rodriqez (Real Madrid)

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=336422

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR