ADIF-in əvvəlki fəaliyyəti nəzərdən keçirilir

ADIF-in əvvəlki fəaliyyəti nəzərdən keçirilir
15:57 21 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) bütün fəaliyyət dövrü nəzərdən keçirilir.
“Report” xəbər verir ki, bunu Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bugünkü iclasında deyib.
Bundan başqa, o, qeyd edib ki, bağlanmış banklarla bağlı hüquq-mühafizə orqanlarına 500-dən çox sənəd təqdim olunub. ADIF rəsmisinin sözlərinə görə, bu işlər 600 mln. manatdan artıq vəsaiti əhatə edir.
V.Abdullayev “Bank Standard”dan vaxtilə 0%-lə kredit verilməsi məsələsinə də münasibət bildirib: “Hesab edirəm ki, kreditlərin nəinki 0%-lə, hətta yüksək faizlə verilməsi də düzgün deyil. Şişirdilmiş gəlirlərə ehtiyac yox idi”.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/adif-in-evvelki-fealiyyeti-nezerden-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR