Fond SKMF-in “Bank Standard”dakı pulunun növbədənkənar verilməsinə münasibət bildirib

Fond SKMF-in “Bank Standard”dakı pulunun növbədənkənar verilməsinə münasibət bildirib
16:12 21 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) ləğv prosesində olan “Bank Standard” QSC-dəki pulunun növbədənkənar verilməsi məsələsinə münasibət bildirib.
“Report” xəbər verir ki, o, bu barədə Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında danışıb.
ADIF rəsmisinin sözlərinə görə, SKMF-in vəsaiti dövlətə məxsusdur və bu baxımdan qeyd olunan qurumun “Bank Standard”dakı pulunu Fonddan əvvəl götürməsində qeyri-adi heç nə yoxdur.
Bununla yanaşı, V.Abdullayev deyib ki, hələ ki, SKMF-yə ödəniş edilməyib: “Səslənən fikir sadəcə proznoz göstəricisidir, fakt deyil”.
ADIF-in icraçı direktorunun müavini “Bank Standard”ın müflis olmasında iştirak etmiş Bankın İdarə Heyətinin sabiq sədr müavini Orxan Xubanovu özünə müşavir təyin etməsi ilə bağlı səslənən ittihamlara münasibət bildirib. O, deyib ki, əgər adı çəkilən şəxsi qanunsuz addımları olsa idi, məsuliyyətə cəlb edilərdi.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/fond-skmf-in-bank-standard-daki-pulunun-novbedenkenar-verilmesine-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR