Boks üzrə Azərbaycan çempionatında yarış günü artırılıb

17:42 9 Yanvar 2015
181 İdman
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 17:41 ]


Bakı – APA. Şağan Olimpiya Kompleksində boks üzrə böyüklər arasında Azərbaycan çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışda respublikamızın müxtəlif bölgələrini təmsil edən 150-dən çox idmançı gücünü sınayır.

 

Turnirin ilk günündə 23 döyüş keçirilib. Son Azərbaycan kubokunun qalibi Araz İmaməliyev bu dəfə yeni çəki dərəcəsində (52 kq) çıxış etməsinə baxmayaraq, ilk görüşdə asanlıqla qalib gəlib. O, Əli Nəbiyevi 1-ci raundda texniki nokautla üstələyib.

 

56 kq çəki dərəcəsində yarışan Fərid Ağamoğlanov da ilk qarşılaşmada aşkar üstünlüklə qalib gəlib. “Rabitə”nin üzvü Abşeron boksçusu Əsgər Rəhimovu məğlub edib. Gənclərdən ibarət milli komandamızın üzvü Tayfur Əliyev isə Ceyhun İbrahimlini mübarizədən kənarlaşdırıb – 2:1.

 

Azərbaycan kubokunun finalçısı Romal Aslanov (69 kq) ilk mərhələni döyüşsüz qələbə ilə başa vurub. Onun rəqibi Allahverdi Vəliyev rinqə çıxmaqdan imtina edib. Bu çəki dərəcəsində mükafatçılar sırasına düşməyə namizəd olan Elnur Süleymanov isə Lənkəran nümayəndəsi Məhərrəm Məmiyevi məğlub edib.

 

75 kq çəki dərəcəsində qələbəyə əsas namizədlərdən sayılan Kamran Şahsuvarlı (Qəbələ İK) lənkəranlı Taleh Fərzili üzərində texniki nokautla qələbə qazanıb.

 

Qeyd edək kİ, əvvəlcədən yarışın yanvarın 12-də başa çatması nəzərdə tutulsa da, iştirakçıların çoxluğu səbəbindən təşkilatçılar finalı ayın 13-ə təyin ediblər. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR