Yeni məktəblərin açılmasını təklif etdi

Azərbaycan rayonlarında yeni özəl məktəb və bağçaların yaradılması təklif edilir.

Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov çıxış edib.

O qeyd edib ki, rayonda bəzi insanlar övladlarına daha yüksək təhsil vermək üçün Bakıya üz tuturlar: “Hesab edirəm ki, rayonlarda da yüksək təhsil verən özəl məktəblərin açılması məqsədəuyğundur. Rayonlarda ingilis və digər təmayüllü özəl məktəblər açılsın ki, insanlar keyfiyyətli təhsil üçün Bakıya gəlməsinlər”.

Deputat bildirib ki, bu cür məktəblərin açılması müəllimlərin də yaxşı əməkhaqqı almasına təsir edər. //trend

Yenidən güclü zəlzələ baş verə bilər - Seysmoloq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR