“Azerspace-1” peyki üzərindən yayımlanan bəzi kanalların yayım tezlikləri dəyişilib

16:57 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 16:50 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərkosmos” ASC tərəfindən idarə olunan “Azerspace-1” peyki üzərindən yayımlanan bəzi kanalların yayım tezlikləri dəyişilib.

 

“Azərkosmos” ASC-dən “APA-Ecnomics”ə verilən məlumata görə, “TRT Avaz”, “2x2”, “Semerkand”, “Cine5”, “TRT1”, “Samanyolu”, “TMB”, “Fox” kanallarının  yayımı yaxın günlərdə dayandırılacaq.

 

Bundan başqa, bəzi kanalların yayım keyfiyyətinin artırılması məqsədi ilə yayım tezlikləri dəyişilib.

 

Bununla əlaqədar olaraq, “THT”, “S Haber” 11134Mhz: S/R-27500: Pol – H tezliyində,  “InterAz” kanalı isə artıq 11169Mhz : S/R-27500 : Pol –H  tezliyində yayımlanmaqdadır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR