Komissar Bakıya gəlir

Komissar Bakıya gəlir
17:01 7 Aprel 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının Yaxın Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Johannes Hahn sabah Azərbaycana gələcək.

ANS PRESS-in məlumatına görə, o, Bakıya ikigünlük səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirəcək.

Aİ-nin Azərbaycan nümayəndəliyindən bildirilib ki, bu, Avropa İtttifaqının Yaxın Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı kimi bölgəyə ilk səfəri aprelin 9-da başa çatacaq.

Onun səfər proqramı hələlik açıqlanmasa da, ölkənin rəsmi şəxsləri ilə görüşdə Şərq Tərəfdaşlığı üzrə Riqa sammiti, Avropa Qonşuluq Siyasəti üzrə məsləhətləşmələr və ikitərəfli münasibətlər əsas müzakirə mövzusu olacaq.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=336403

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR