Səfirin vəfatı ilə əlaqədar Latviyanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb

17:02 7 Aprel 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 16:55 ]


Bakı. Ülkər Bəkirli - APA. Latviyanın Azərbaycandakı səfirliyində səfir Hardjis Baumanisin vəfatı ilə əlaqədar başsağlığı kitabı açılıb. 

 
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başsağlığı kitabına ürək sözlərinin yazılması və başsağlığı qəbulunun bu gün saat 18.00-dək və sabah saat 10.00-dan 13.00-dək aparılması nəzərdə tutulur.

 

Səfirlik Azərbaycan Xarici İşlər Nazirliyinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların təmsilçilərinə dərin ehtiramını bildirib.
 
Qeyd edək ki, səfir H.Baumanis aprelin 6-da axşam saatlarında Bakıda dünyasını dəyişib. 1967-ci ildə anadan olan H. Baumanis Azərbaycandan əvvəl Litvada səfir, Sankt-Peterburqda isə baş konsul işləyib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378750

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR