Azərbaycan Dövlət İqtisad Universiteti Türkiyənin Koç Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Dövlət İqtisad Universiteti Türkiyənin Koç Universiteti ilə əməkdaşlığa başlayır
17:03 7 Aprel 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 7-də Türkiyənin Koç Universitetinin rektoru, professor Umran Savaş İnan Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradovla görüşüb.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə iqtisadiyyat və biznes profili üzrə doktorantların yetişdirilməsi, bu ali təhsil müəssisəsinin İngilis Dilində Tədris Mərkəzi, “SABAH” Qrupları və “İnnovativ Biznes-İnkubator” ilə Koç Universitetinin müvafiq strukturları arasında əməkdaşlıq əlaqələrinin qurulması imkanları müzakirə edilib.
ADİU-nun professor-müəllim heyəti ilə görüşdə qonaq rəhbərlik etdiyi ali məktəb haqqında geniş məlumat verib, tədris prosesindəki innovativ tendensiyalardan danışıb.
Doktorantların elmi fəaliyyətə cəlb edilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verən Umran Savaş İnan müəllimlərin suallarını cavablandırıb.
Sonda ADİU ilə Koç Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi Ə.Muradov və Umran Savaş İnan imzalayiblar.
Müqaviləyə əsasən, iki universitet birgə elmi-tədqiqat işləri üzrə əməkdaşlıq edəcək, strateji layihələr hazırlayacaq və müəllim-tələbə mübadiləsi həyata keçirəcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Dovlet_Iqtisad_Universiteti_Turkiyenin_Koch_Universiteti_ile_emekdasliga_baslayir-844282

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR