Tacikistanda avtomobil qəzası nəticəsində altı nəfər həyatını itirib

Tacikistanın Xatlon vilayətinin Xavalin rayonunun Oliçadara kəndi yaxınlığında “УАЗ-31512” avtomobilinin qəzaya uğraması nəticəsində altı nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, ölkə mətbuatının verdiyi məlumata görə, sürücü dağlıq yolda idarəetməni itirib və dərin yarğana düşüb.

Ölənlərin hamısı Xavalin rayonunun sakinləridir.

Hadisə ilə bağlı istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR