Myanma lideri qaçqın müsəlmanları

Myanmanın lideri Aunq San Suu Kyi son üç ay ərzində Banqladeşə qaçan Rohinca müsəlmanlarının Myanmaya geri dönməsinə dair Banqaldeşlə razılıq əldə edəcəyinə ümid etdiyini bildirib.

Metbuat.az-ın məlumatına görə, o bu barədə paytaxt Napitavda ASEM (Asiya-Avropa İclası) xarici işlər nazirlərinin görüşündən sonra deyib:

“Biz qarşıdakı günlərdə sizin xarici işlər nazirinizlə ikitərəfli danışıqlar aparacağıq və ümid edirik ki, bu görüş anlaşma memorandumunun imzalanması ilə başa çatacaq və bu bizə sərhədi keçən insanların təhlükəsiz və könüllü şəkildə geri dönmək prosesini başlatmağımıza imkan yaradacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR