"Report"un məlumatına görə, iki günlük səfər çərçivəsində M.Link rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək, həmin görüşlərdə Azərbaycan və ATƏT-in əməkdaşlığı məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, bu, M.Linkin ATƏT DTİHB direktoru qismində Azərbaycana ilk səfəridir.
Maykl Link ATƏT DTİHB direktoru vəzifəsinə 2014-cü ilin iyul ayında təyin olunub və bu postda Yanes Lenarçiçi əvəz edib.