Nigeriyada ölənlərin sayı 56-ya çatdı -

Nigeriyanın Mubi şəhərindəki məscidlərin birində törədilən terror aktı nəticəsində ölənlərin sayı 56-ya çatıb.

Metbuat.az-ın məlumatına görə, yaralıların dəqiq sayı məlum deyil. Bildirilir ki, partlayıcı qurğunu təqribən 17 yaşında olan kamikadze işə salıb. O, məscidin qarşısına gələrək, din adamlarının sübh namazına toplaşmasını gözləyib.

Hələlik qanlı hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməsə də, terror aktının arxasında “Boko Haram” qruplaşmasının dayandığı güman edilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR