Merkel parlamentə təkrar seçkilər keçirilməsinin tərəfdarıdır

Almaniya kansleri Angela Merkel parlamentə yeni seçkilərin keçirilməsini istisna etməyib.

Metbuat.az-ın məlumatına görə, o bildirib ki, bundestaqa yeni seçkilər ölkənin siyasi böhrandan çixmasına kömək edə bilər. Kansler etiraf edib ki, yeni hökumətin formalaşdırılmasına ehtiyatla yanaşır.

Çünki, yeni kabinetdə onun rəhbərlik etdiyi Xristian-Demokrat partiyasının nümayəndələri azlıq təşkil edəcək. Buna görə də, Merkel hesab edir ki, yeni seçkilərin keçirilməsi onların azlıqda olan hökumətdə təmsil olunmasından daha yaxşıdır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR