Goranboyda yol qəzası baş verib 12 nəfər xəstəxanaya yerləşdirilib

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, rayonun Bəşirabbas kəndi ərazisində "Oka" və "Zaporojets" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Onlardan 6 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların arasında azyaşlıların da olduğu bildirilir. Məlumata görə, xəsarət alan şəxslər toydan qayıdırmış.

Faktla bağlı araşdırma aparılır. /Apa

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR