Sahbaz Xuduoglu dehsetli facieden yazdi: "Qapidan cixanda Tengizi opmeye geri dondu..." - FOTO

Sahbaz Xuduoglu dehsetli facieden yazdi: "Qapidan cixanda Tengizi opmeye geri dondu..." - FOTO
16:12 7 Aprel 2015
318 Sosial
Ölkə mətbuatı
A- A+

“Qanun” Nesrler Evinin sahibi Sahbaz Xuduoglu ilk defe heyat yoldasini itirdiyi melum qezadan yazib.

O, dehsetli qeza ile bagli teessuratlarindan behs eden yazinin bir hissesini Qafqazinfo-ya gonderib. Sahbazin "Yene gecikdim" adlandirdigi hemin hisseni teqdim edirik:

Bu yazini Yardimli yolunda avtomobil qezasinda heyatini itiren butun insanlara hesr edirem.

1-ci hisse

Qohum-eqreba meni sevmez, xeyir-ser adami deyilem. Evveller toylara devet edirdiler, gorende ki, devet cavabsiz qalir, daha onu da etmirler. Yaslar barede de xeber tutmuram, cunki xeber vere bilecek insanlarla elaqem kesilib.

Son defe kende Alis emimin huzrune getmisdim. Ondan once Terxan dayi rehmete getdi, yasina gede bilmedim. Ustunden bir nece il kecmesine baxmayaraq, hele indi de oglanlari ile uz-uze gelmekden, goz-goze gelmekden ehtiyat edirem. Ele bilirem, meni hele de qinayirlar ve o qinaq onlarin baxislarinda, sifetlerinde guzgu kimi mene baxir.

Yadimda qalan bir seferim de olmusdu, onda Balas emi 105 yasindaydi. Pencereden suzulen gunes isiginda ona diqqetle baxdiqca anlamaq isteyirdim: goren, bu qeder uzun yasamagin bizden – usaqlarindan basqa kimincunse ehemiyyeti varmi? Dostlari, hemfikirleri, tay-tuslari yox, hami atib gedib, tekce ustunde gunu-gunden yungullesen ve kicilen demir carpayidan basqa. Cox kecmez, demir dostu da ondan imtina edecekdi.

Uzunomurlu insanlar yalniz teselli ucun var olmali deyil, onlar hem de oturucudur, yaddas oturucusu. Qisa omurlu insanlar, heyatini tez itiren insanlar ise sevgi oturucusu, onlar sevginin ne oldugunu anladirlar. Onlardan bize ebedi sevgi qalir. Her bir vaxtsiz itki ifade ede bilmediyin sevginin derin teessuf hissini yasadir. Yasadigin cevreye, insanlara qaygin, merhemetin, diqqetin daha da artir.

Balas emimin yasamasi onun ureyinden deyildi, narahat idi, etrafina verdiyi eziyyetden daha cox ozu ezab cekirdi. Men onun ezabini yungullesdirmek gucunde deyildim, bu dag kendinde yungullesdirme islerine yalniz ecel baxir. Elbette, dovletden de sohbet gede bilmez. Burada dovlet vetendasin cibinde toz basmis pasportundan basqa bir sey deyil. Bir defe sorusmusdum: “Emi, neyin catismir?” “Unsiyyetim, bala, danisacagim adamlar”, – demisdi.

Mehz kend yerinde ahillarin yasamaq ezabini gormemek ucun nedense insanlardan, ozumden yox, kendden kusdum ve daha en xirda sebebler bele ora getmeyime mane olurdu.

Bir gun gozlediyim xeber meni isimde yaxaladi, emimin defnine yollandim. Yene hamidan gec catmisdim, yene qohumlarin teneli baxislari meni teqib edirdi. Yas yerinde, demek olar ki, hec kimle soz kesmedim, bu yerlerin yaddasini kokleyen bir adam var idi, o da rehmete getmisdi.

Kicik qardasim yasayan eve geldim, cay icdim ve vaxt itirmeden geri dondum.

Novbeti defe kende seferim Alis eminin dunyadan kocmesi ile bagli idi, yene hamidan gec getmisdim. Yagis yagirdi, ustelik, soyuq kulek bedenimi suzgece cevirmisdi, adamlar heyete toplasib cenazenin defne hazirligini gozleyirdi, men ise soyuga meglub oldum, masinda oturub sobani yandirdim, az sonra gelib irad tutdular ki, gec gelmeyin bir yana, hec olmasa camaatin icinde dur.

Defnde istirak edenden sonra hec kime demeden derhal geriye, Bakiya yol aldim.

Dord qardasin sonuncusu Ayxan emimin olumunu gece 4-de mene Faiq dedi: “Qobustani kecmisik, xeberin olsun”. Dusunmeden “gelirem” deye cavab verdim.

Konule meslehet etdim:

– Emim rehmete gedib, getmeliyem.

– Gelinler gedirse, mende gedim?

– Isteyirsen, gedek.

– Gozle, gedirem.

Surucunu cagirdim, geldi. Heyetden cixanda Konule baxdim.

– Ayaqqabimin dabanlari hundur deyil? – sorusub, mene zendle baxdi.

– Yox, bele gozeldi, – gulumsedim.

Col qapidan cixanda telesik geri dondu, bildim ki, unutdugu ehemiyyetli bir esya ucun yox, baxmayaraq cantasizdi ve mentiqle “onun dalinca getdi” deye dusune bilerdim, ancaq derhal aglima geldi ki, yeqin, Tengizi opmeye dondu. Gelende “az qala unudacaqdim”, – dedi. Yene aglimdan kecdi ki, yeqin, Tengizle vidalasmagi nezerde tutur.

Kende bazarliq ucun Masalli bazarina donduk, elimize kecenden aldiq. Yolumuza davam etdik.

Masallida bazarliq etmek yaxsidir, ancaq bazarin o halini gormek qeder utancverici bir sey yoxdur, her teref palciq, daginiqliq, seliqesizlik, curuk meyve zibillikleri. Bazarin icinden kecen avtomobil yolu ele bil bombardmandan teze cixib, bir salamat yeri yox...

Emimin defnine catiriq, yene hamidan gec. Ancaq onemli odur ki, geldim. Emimin hele de tamamlanmamis evinin qabagindayam. Eyvana cixib qarsidaki evlere baxiram, Fetisin evi, arxasinda Seferxanin, ustunde rehmetlik Qocelinin, qarsi terefde rehmetlik Caparin, Tavarxanin ve digerlerinin damlari demir ve azbes sifer parcalarindan yamanmis miskin kend evleri... tustuleri ile qururlu gorunurler.

Yanimda dayanan Araza deyirem, emim 80 illik heyatini bax, bu balaca bir evi tikmeye hesr etdi, tamamlanmaq uzreydi, ozu getdi. Icinde rahatligini qura bilmedi, ne istiye care tapdi, ne soyuga, ne isiqsizliga, ne susuzluga. Seksen il bes etmedi... bu balaca eve. Uzbeuzde evi olan Fetis eminin – babalarimiz emiusagi olub – halini sorusuram, deyir, o da qocalib, evden bayira cixmir. Evine baxiram, hele de aynebendi baglanmayib, hele de tualeti heyetin o biri basindadir – omrunun bu ahil caginda hec olmaya tualeti evin icinde olardi. Yeqin, yerinde uzanib dusunur ki, Allah bir az da omur verseydi, bu evin yarimciq islerini tamamlayardim.

Demek olar ki, bu kendin camaati hamisi beledir – su qit, isiq fasilelerle verilir, munbit torpaq yox, genis otlaq erazileri yox, yasli-yasli kisilerin heyati bir uzun gun kimi gedib batir, bir-bir tikintisi bitmeden kohnelen evleri terk edib gedirler.

Atam da bele oldu, ucotaqli ev tikdi, ikinci otagin yerini doseyene kimi gozleri tutuldu, ele tutuldu ki, hec eynek de taxa bilmedi, hemise dusunurdu ki, goresen, eynekli olanda camaat ne deyecek, el arasina nece cixacaq, ancaq kemfurset, namerd gozler ele suretle tutuldu ki, hec eyneye gerek olmadi. Belece, heyati kecdi ve basladigi evi tamamlaya bilmedi. 73 yasinda rehmete getmezden bir gun once dedim: “Sen gedirsen artiq, biz seni bir daha gormeyeceyik?! Bu qeder qeddar olmaq olar?!”

“Bala, eyvana cixib meni sesleseniz, gelecem, bu daglardan uzaq geden deyilem”, - dedi.

Belke, ona gore bele teselli verdi ki, sadece biz o eyvana tez-tez cixaq, ordan uzumuzu daglara tutub onu yad edek, adini cekek, haqqinda danisaq, o evi terk etmeyek. Ancaq dediyi kimi olmadi, olumunden bir nece il sonra o eyvan da, o ev de dagidildi.

Emime yaxsi oxsama deyirdiler. Qadinlarla kisiler bas-basa verib birge aglayanda sanki yer uzunde olan butun sesler batir ve evezinde bu mohtesem xor seslenir – nizamsiz, ritmsiz ancaq hem de boyuk bir nizam icinde her kesi ovsunlayan agi... Hami bir agizdan “laylay, emim, laylay hey!” deyir. Sesin cazibesine dusurem, bir azdan onlarin yaninda oldugumu ferq etdim.

Bizim adamlar bir hundurden danismagi, bir de pesden, hezinle oxsama demeyi cox yaxsi bacarirlar. Bir de gorursen sen de dizini yere atib ses cekirsen.

Gozlerim Konulu axtardi , gelinlerin arasindaydi. O da aglayirdi. “Emimemi, ya butun olenlere, goresen, kime aglayirdi bu an, belke anasina, belke atasina, ya belke cavan olen qardasina... menim anama gore, yaxud atama gore de aglaya bilerdi”. Bilmedim hardan bu fikir aglima geldi. “Men niye kiminse hetta aglama sebeblerini bilmeliyem? Dusunceleri oxumaq kimi biedeb fikirlere dusmek rezillikdir”, – qinayiram ozumu.

Emini defn etdik, yene adeti pozdum, evlerinin qabagina getmedim, birbas qardasim yasayan eve geldim. Odun sobasinin yaninda stol qoyub oturdum. Gelin cay verdi. Konulu sorusdum, dedi hele ordadi, indilerde gelecek. “Tez gelseydi, gederdik”, – oz-ozume dedim.

Bir muddetden sonra huzrde olan diger qardaslar da geldi, bu defe de qinaqla, “hami orda, sen ise burda. Kende gelende buranin adetine uygun ozunu aparmalisan”, – kimse dedi. Cavab vermedim. Birlikde yemek yedik.

Burada yemek meditasiyadir. Hinduska supu lezzetli, yaninda isti corek ve pendir, sonra qatiq, heresinden bir az.

Qapidan cixanda boyuk qardasim aciqla: “Sen toya gelmemisen ki, qirmizi kurtka geyesen”, – meni gorenden yigib hazirladigi “zeheri” ustume atdi. “Fikir vermemisem”, – gunahkar kimi dillendim.

Yalniz indi anladim ki, eynimde olan godekce qara deyil, onun dediyi kimi tam qirmizi da olmasa, ancaq rengliydi.

“Bu reng meselesini, goresen, kim cixarib, kim deyib ki, huzr yerlerine getmekden daha onemli bir sey var, o da paltarin rengi”.

Bu fikirle kendden ayrildiq. Men tez geldim, yene narazi qaldilar.

Hafizin evinden Seyidlere qeder dirseklerle yoxus, ordan Yardimli cayina qeder enis. Her iki terefde lopa-lopa buludlar kimi kendler, tepelikler, daglar, cilpaq meseler.

Arxa oturacaqda ortada bacim, solunda Konul, saginda ise yezne Ziyaret oturmusdu.

Arxadakilar sohbet edirdiler.

Yardimli–Masalli avtomobil yoluna dusenden sonra murguledim...

Meglubedilmezleri yuxu meglub eder.

Yeriyen, hereket eden ekseren qalib olur, ugurlu olur.

Bir muddet gedenden sonra hiss etdim ki, masinin sureti artdi. Basimi dikeldende masin yoldan cixmisdi.

1-ci hissenin sonu

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR