"Beşiktaş" ÇL-da qrupda liderliyi təmin etdi

Bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində V-ci turun ilk 2 oyunu keçirilib.

Metbuat.az-ın məlumatına görə, "G" qrupunda "Vodafone Park" stadionunda Türkiyənin "Beşiktaş" klubu ilə Portuqaliyanın "Porto" klubu qarşılaşıblar.

İlk hissənin 29-cu dəqiqəsində qonaqların müdafiəçisi Felipe hesabı açıb - 0:1. Bundan 12 dəqiqə sonra 41-ci dəqiqədə "Beşiktaş"ın yarımmüdafiəçisi Taliska hesabı bərabərləşdirib - 1:1. İkinci hissədə qapılara qol vurulmayıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Beləliklə, Türkiyənin "Beşiktaş" klubu 11 xal toplayaraq, Çempionlar Liqasının qrup mərhələsində qrupdakı liderliyini təmin edib.İkinci yerdə qərarlaşan "Portu"nun isə 7 xalı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR